Bakı Slavyan Universitetində I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib (FOTO)

Bakı Slavyan Universitetində I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 13-də Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində universitetə ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olunan I tədris ili tələbələri ilə tanışlıq görüşü keçirilib. Görüşdə BSU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, tədris-mədəniyyət mərkəzlərinin müdirləri, müəllimlər, tyutorlar, tələbə ictimai təşkilatlarının üzvləri iştirak ediblər. Bugünkü tanışlıq görüşü BSU-nun Filologiya və xarici dil müəllimliyi, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika, Azərbaycan filologiyası fakültələrinin I tədris ili tələbələri, həmçinin I tədris ili magistantları ilə keçirilib. Qeyd edək ki, tanışlıq görüşü hər bir fakültə üçün əvvəlcədən müəyyən edilmiş vaxt qrafikinə, proqrama, tələbələrin fakültələr üzrə qruplar formasında iştirakına və ölkəmizdə Koronavirus pandemiyası səbəbindən davam edən xüsusi karantin rejiminin tələblərinə, o cümlədən tibbi maskadan və əlcəkdən istifadə edilməsi, sosial məsafənin gözlənilməsi və digər vacib tələblərə ciddi əməl edilməklə reallaşıb. Məlumat üçün bildiririk ki, oktyabrın 14-də BSU-nun Pedaqoji, Tərcümə, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültələrində I tədris ili tələbələri, eləcə də I tədris ili magistantları ilə də tanışlıq görüşünün keçirilməsi nəzərdə tutulur.

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü və Azərbaycanın Milli Qəhrəmanları, eləcə də BSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşə önünə əklil və gül dəstələri qoyulub.

BSU-nun Akt zalında keçirilən görüşün əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü universitetin rektoru, professor Nurlana Əliyeva açaraq tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib, onlara həyatda möhkəm cansağlığı və təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, tələbəlik illəri hər bir gəncin həyatında ən gözəl, maraqlı və yaddaqalan bir dövrdür. Ali təhsil müəssisələrində I tədris ilinə qəbul olunan tələbələrlə tanışlıq görüşünün keçirilməsi müasir dünya təcrübəsində mövcuddur. Məqsəq tələbələrə istiqamət vermək, onlarda ali təhsil alacaqları universitet haqqında ilkin təsəvvürü formalaşdırmaq, onlara tədris və imtahan prosesi barədə məlumat verməkdir. Rektor Nurlana Əliyeva tələbələrə Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan BSU-nu seçmələrinə görə təşəkkür edib, onlara yüksək səviyyəli mütəxəssis, əsl vətəndaş kimi yetişməyi tövsiyə edib.

Rektor çıxışında bildirib ki, xalqımızın dahi oğlu, dünya şöhrətli dövlət və siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdikləri mütərəqqi siyasət nəticəsində ölkəmizdə təhsil sahəsinin inkişafı müasir çağırışlara uyğun təmin edilir. Hazırda Azərbaycanda insan kapitalının inkişafı siyasəti uğurla reallaşır. Ali təhsil insan kapitalının formalaşmasında birbaşa iştirak edən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, yeni biliklərin yaranmasına, tətbiqinə və ötürülməsinə xidmət edir. Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Ali təhsil almaq üçün BSU-nu seçən gənclər slavyan xalqlarının dilini, ədəbiyyatını, mədəniyyətini öyrənəcəklər. Biz sizin keyfiyyətli təhsil almağınız üçün hər cür şərait yaradırıq. Siz tədris prosesində aldığınız biliklərlə kifayətlənməməli, yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün daim oxumalı, mütaliə etməli, öz üzərinizdə əzmlə çalışmalı, bilik və bacarıqlarınızı artırmalı, həqiqətsevər və ədalətli vətəndaş kimi formalaşmalısınız. Siz Azərbaycanı ürəkdən sevməli, fəal və ləyaqətli vətəndaş olmalı, milli-mənəvi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmalısınız. Universitetimizin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etməyiniz olduqca vacibdir.

Professor Nurlana Əliyeva xüsusi vurğulayıb ki, hazırda bütün dünya üçün ciddi təhlükə yaradan Koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin apardığı qətiyyətli mübarizə, həyata keçirdiyi təsirli qabaqlayıcı tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükəmməl nümunə kimi təqdir edilir.

İşğalçı və təcavüzkar Ermənistanın sentyabrın 27-dən başlayan və bu gün də davam edən yeni hərbi təxribatı nəticəsində Azərbaycan torpaqlarında müharibə gedir. Şanlı və rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək çoxlu sayda yaşayış məntəqələrimizi erməni işğalından azad edib. Hazırda BSU-nun 70-ə yaxın məzun və tələbəsi Azərbaycan Silahlı Qüvvələrinin sırasında mənfur düşmənlə vuruşur. Onların arasında yaralananlar, şəhid olanlar var. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin qətiyyətli, yenilməz iradəsi, müdrik və cəsarətli siyasəti xalqımızı parlaq qələbəyə, uğurlu gələcəyə aparır.

Görüş zamanı BSU-nun Himni və vətənpərvər ruhlu mahnılar səsləndirilib, həmçinin BSU-nun hazırladığı və təqdim etdiyi videoçarxda universitetin elm-təhsil və ictimai-mədəni fəaliyyəti, eləcə də tələbə həyatının maraqlı məqamları öz əksini tapıb.

Görüşdə yüksək balla Filologiya və xarici dil müəllimliyi fakültəsinə qəbul olunan Aytac Tağızadəyə, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinə qəbul olunan Gülər Hacıyevaya, Nəzakət Bağırovaya universitetin rəhbərliyi tərəfindən hədiyyə təqdim edilib. Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva göstərilən diqqətə görə rektor Nurlana Əliyevaya təşəkkür edib.

Görüş zamanı tələbələr BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, muzeyi, Azərbaycanın Milli Qəhrəmanları, şəhid məzunları guşəsi, idman zalı, konfrans zalı, tədris-mədəniyyət mərkəzləri, təhsil alacaqları fakültələrin dekanlıqları, kafedraları, auditoriyaları, elmi-tədqiqat laboratoriyaları, universitetin Əsas kitabxanası, Təlim-Treninq Mərkəzi və yeməkxanası ilə tanış olublar. Həmçinin tələbələrə bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr, eləcə də dərsə davamiyyət, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, Boloniya prosesi, kredit sistemi, distant təhsil, kitabxanadan istifadə qaydaları, tələbə ictimai təşkilatları, universitetin yataqxanası və keçirilən maraqlı mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verilib. BSU-da yaradılmış səliqə-sahman, nizam-intizam, xoş və qayğıkeş münasibət tələbələr tərəfindən razılıqla qarşılanıb və tanışlıq görüşünün onlarda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaratdığını bildiriblər.

Görüşdə tələbə-gəncləri maraqlandıran suallar geniş və ətraflı cavablandırılıb.

Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Loading Bars
Xəbər lenti
Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
İşğal ərazilərindəki qanunsuz fəaliyyət göstərənlərlə bağlı istintaq davam edir
Sabah 25 dərəcəyədək isti olacaq
Ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Mehriban Əliyevanın çağırışları əhəmiyyətli rol oynayır - Siyasi şərhçi
Marneulidə Gəncə terrorunun qurbanları yad edilib
ATU və Ankara Universiteti əməkdaşlığı gücləndirir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Bərdədə payızlıq əkinlərin bəyanı üçün səyyar xidmət təşkil olunub (FOTO)
Amerikalı kosmonavt kosmosda səs verib
Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var - Politoloq
Ermənistana məxsus daha bir PUA məhv edilib
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb
Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır - Komitə sədri
Böyük tarixi dönüş ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan yaradır - Ekspert
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti
Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb
Xəzərdə zəlzələ olub
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib - MN
Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını təsdiq etdi - Naqif Həmzəyev
Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir
Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb
Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib (FOTO)
Prezidentə yazırlar: Düşmən üzərində qazandığımız qələbələr Sizin cəsarətinizin, uzaqgörənliyinizin və polad iradənizin nəticələridir
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət
DİN əhaliyə müraciət edib
Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov
Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 min nəfəri ötüb
Fransanın TF1 kanalı cəbhədən reportaj hazırlayıb (FOTO/VİDEO)
Əli Əhmədov rusiyalı deputatın Qarabağa qanunsuz səfərinə görə Dmitri Medvedevə məktub göndərib
Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir
Dünyadakı kəşmirlilər niyə 27 oktyabrı Qara Gün kimi qeyd edirlər? (FOTO)
COVİD-19-la bağlı yaradılan İşçi qrup 39 sahə məntəqəsində monitorinq keçirdi
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib
Ermənilərin növbəti saxtakarlığı: Türk məşhurlar "öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilir (FOTO/VİDEO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
Oktyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
Düşmən fərarilik edərək mövqeləri tərk edir
Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi
"İnstaqram"ın işində nasazlıqlar yaranıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Bütün xəbərlər