...

Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər - Həkim-infeksionist

Cəmiyyət Materials 14 Oktyabr 2020 19:30 (UTC +04:00)
Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər - Həkim-infeksionist

Bakı. Trend:

Təəssüf ki, hələ də koronavirusun spesifik müalicəsi və peyvəndi yoxdur. Əlimizdə olan tək vasitə isə çox sadə qorunma metodudur - maskadan istifadə, insanların sıx olduğu yerlərdən bacardıqca uzaq durmaq, respirator və əl gigiyenamıza riayət etmək.

Trend-in məlumatına görə, bunu həkim-infeksionist Nəzrin Mustafayeva "Real İntervyu" verlişində deyib.

O, həmçinin bildirib ki, qanımızda koronavirusa qarşı olan immunitetin bizi buna qarşı neçə ay qoruyacağını bilmirik: "Çünki bizim ölkədə koronavirusun müşahidə edilməsinin bir ili tamam olmayıb. Bunun üçün bir az zaman - aylar, illər lazımdır ki, müşahidələr yekunlaşsın".

Həkim-infeksionist əlavə edib ki, koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər. Çünki dünyanın heç bir səhiyyə sistemi pandemiya üçün hesablanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti