...

Havanın temperaturu enəcək - Sinoptiklər xəbərdarlıq edir

Cəmiyyət Materials 14 Noyabr 2020 13:44 (UTC +04:00)
Havanın temperaturu enəcək - Sinoptiklər xəbərdarlıq edir

Bakı. Trend:

Sinoptiklərin xəbərdarlığına görə, noyabrın 15-i axşamdan noyabrın 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, noyabrın 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu tədricən 5-7° enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti