...

Gənclər təşkilatları Ümumilli Lideri Heydər Əliyevi ehtiramla yad etdi (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2020 14:34 (UTC +04:00)
Gənclər təşkilatları Ümumilli Lideri Heydər Əliyevi ehtiramla yad etdi (FOTO)

Bakı. Trend:

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

İlk dəfədir ki, Ümumilli Liderin anım günü torpaqlarımızın işğaldan azad edildiyi tarixi günlərdə qeyd olunur. İgid ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğal altından azad edərək, tarixi ədaləti bərpa etmiş və Ulu Öndərin torpaqlarımızı azad görmək arzusunu yerinə yetirmişdir.

Ulu Öndərimizin də dəfələrlə vurğuladığı kimi Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, müasir gənclər siyasətinin banisi Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi xüsusi diqqət və qayğını hal-hazırda cənab Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir.

Azərbaycan gəncliyi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə diqqət və qayğı siyasətinə görə minnətdardır. Gənclər davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolunda öz rollarını başa düşür və xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.

Ruhun şad olsun, Ulu Öndər! Azərbaycanımızın torpaqları işğaldan azad edilmişdir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti