...

Azərbaycanda bu bələdiyyənin adı dəyişdirilir

Cəmiyyət Materials 15 Dekabr 2020 11:15 (UTC +04:00)
Azərbaycanda bu bələdiyyənin adı dəyişdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Şamaxı rayonunun Saqiyan kəndinin bələdiyyəsinin adı dəyişdirilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə tutulur.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu gün iclasda Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması da təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti