...

Bakıda 285 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

Cəmiyyət Materials 23 Dekabr 2020 11:12 (UTC +04:00)
Bakıda 285 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıdakı ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 285 ümumi təhsil məktəbində “Kiçik akademiya” fəaliyyət göstərir.

Payraxtdakı 79 məktəbdə STEAM layihəsi tətbiq edilir

“Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə Təhsil Nazirliyinin əmrinə əsasən, paytaxtın 79 ümumi təhsil məktəbində layihə tətbiq edilir. Layihə çərçivəsində müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib.

Paytaxtın 126 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti