...

COVİD-19-dan sağalanlar koronavirusun yeni formasına yoluxa bilərlər?

Cəmiyyət Materials 23 Dekabr 2020 16:41 (UTC +04:00)
COVİD-19-dan sağalanlar koronavirusun yeni formasına yoluxa bilərlər?

Bakı. İlhamə İsabalayeva - Trend:

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev COVİD-19-a yoluxub sağalan insanların koronavirusun yeni ştammına yoluxma riskinin mümkünlüyünü açıqlayıb.

A.Allahverdiyev Trend-ə bildirib ki, COVİD-19-a yoluxub sağalan insanların bəzilərində virusa qarşı antitelllər yaranır:

"Bu antitellər mutasiyadan əvvəlki formada orqanimzə daxil olan virusları daha çox əngəlləməsi mümkündür. Koronavirusun yeni formasına qarşı isə bir o qədər təsirli olmaya bilər”.

Virusun sürətli yayıldığını nəzərə çatdıran A.Allahverdiyev qeyd edib ki, hər bir virusun üzərində çoxlu antigenik quruluşlar var:

“Onların arasında ən əhəmiyyətli olanı spayk proteinidir. Mutasiya baş veribsə, bu, spayk proteində olur, virusun digər bölgələrində elə bir dəyişiklik olmur. Ona görə də yeni virus orqanizmə daxil olsa belə, yenə də vücudda mövcud olan antitellər hardasa onun qarşısını alacaq. Bu antitellər əvvəlki kimi virusun yayılmasının qarşısını tam ala bilməsə də, onun böyük faizinin qarşısının almış olacaq. Çünki virusun digər antigenik quruluşlarında dəyişikliklər yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti