...

Bir gündə evi tərk edən daha 25 koronavirus xəstəsi saxlanıldı

Cəmiyyət Materials 24 Dekabr 2020 09:37 (UTC +04:00)
Bir gündə evi tərk edən daha 25 koronavirus xəstəsi saxlanıldı

Bakı. Samir Əli - Trend:

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, ağır xəstə olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib. 18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti