...

Müəyyən insanlar koronavirus dərmanları ilə bağlı süni qıtlıq yaradır - Komitə sədri

Cəmiyyət Materials 24 Dekabr 2020 16:02 (UTC +04:00)
Müəyyən insanlar koronavirus dərmanları ilə bağlı süni qıtlıq yaradır - Komitə sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirusun müalicəsində istifadə olunan dərmanlarla bağlı qıtlıq süni şəkildə yaradılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, dərman qıtlığı müəyyən insanlar tərəfindən yaradılır və bu da müvəqqətidir.

Ə.Əmiraslanov bildirib ki, bəzi insanlar bu vəziyyətdən istifadə edirlər: “Müvafiq qurumlar bu insanlar barəsində ciddi tədbirlər görməlidir. Məndə olan məlumata görə, ölkədə kifayət qədər dərman ehtiyyatı var, sadəcə müəyyən insanlar süni qıtlıq yaradaraq vəsait qazanmaq istəyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti