...

Azərbaycanda vəzifədə olan qadınların sayı açıqlanıb

Cəmiyyət Materials 29 Dekabr 2020 16:40 (UTC +04:00)
Azərbaycanda vəzifədə olan qadınların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər (11,2 %) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər ( 18,2 %) olub. Qanunverici orqanın sədri qadın seçilib.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.

Məlumatda qeyd olunur ki, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır.

Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb.

Məhkəmələrdə hakim qadınların sayı isə 78 nəfər olmaqla 14% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti