...

1540 şəhid, qazi ailəsi özünüməşğulluq proqramına cəlb edilib

Cəmiyyət Materials 30 Dekabr 2020 11:27 (UTC +04:00)
1540 şəhid, qazi ailəsi özünüməşğulluq proqramına cəlb edilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsindən sonra 1540 nəfər özünüməşğulluq proqramına cəlb edilib.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib. Onun sözlərinə görə, onlardan 860-ı şəhid ailəsi üzvləridir:

"Ölkəmizdə cənab Prezidentin tapşırığına uyğun olaraq özünəməşğulluq proqramı icra edilir. Özünüməşğulluq proqramı aktiv məşğulluq tədbiri kimi ən ideal bir proqramdır. Ehtiyacı olan ailələrin məşğulluğunun təmin edilməsində, məhz özünüməşğulluq proqramının imkanlarından istifadə edirik. Post müharibə dövründə şəhid ailələrindən, müharibə əlillərindən ümumilikdə 1540 nəfər bu proqrama cəlb edilib. Onlardan 860-ı təkcə şəhid ailəsi üzvləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti