...

Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır

Cəmiyyət Materials 16 Yanvar 2021 10:55 (UTC +04:00)
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır

Bakı. Trend:

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) bərpa olunur.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti