...

Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik

Cəmiyyət Materials 22 Yanvar 2021 11:06 (UTC +04:00)
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin yaz sessiyasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti