...

Məktəblərdə bufet olmayacaq

Cəmiyyət Materials 27 Yanvar 2021 12:44 (UTC +04:00)
Məktəblərdə bufet olmayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Fevralın 1-də tədris bərpa olunacağı zaman məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin sentyabr ayında verdiyi qərarla pandemiya dövründə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb: “Bu qərar yenə də öz qüvvəsində qalır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti