...

"Sinovac"ın ən böyük üstünlüyü odur ki, orqanizmə daxil olduqda virus çoxala bilmir - İnstitut direktoru

Cəmiyyət Materials 2 Fevral 2021 23:04 (UTC +04:00)
"Sinovac"ın ən böyük üstünlüyü odur ki, orqanizmə daxil olduqda virus çoxala bilmir - İnstitut direktoru

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda vaksinasiya üçün istifadə edilən "Sinovac" vaksinin ən böyük üstünlüyü ondadır ki, o, öldürülmüş virus əsasında hazırlanıb. Orqanizmə daxil olduqda orada onun çoxalması mümkün deyil.

Bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, əsas məsələ vaksinin harada istehsal edilməsi deyil, onun təhlükəsizliyidir.

A.Allahverdiyev hazırda COVİD-19-a yoluxma hallarının sayının azalmasını görülən tədbirlərin nəticəsi kimi dəyərləndirib:

"COVİD-19-a yüksək yoluxma sayından sonra hazırda sutka ərzində qeydə alınan 200-ə yaxın hal "yox" kimi qeydə alına bilər. Düzdür, yenə də epidemioloji baxımdan problemlər var, amma yoluxma sayının 200-ə enməsi ciddi bir irəliləyişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti