...

Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur

Cəmiyyət Materials 3 Fevral 2021 17:50 (UTC +04:00)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur

Bakı. Trend:

Zəfərimizin qəhrəmanlarından biri olan İslamov Qurbanəli Məzahir oğlunun da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.

Nazirlikdən Trend-əbildirilib ki, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Məzahir yaxın günlərdə həmin protezlə təmin olunacaq.

Bu məqsədlə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib.

Xəbər lenti

Xəbər lenti