...

Radiolarda monitorinqlər keçiriləcək

Cəmiyyət Materials 15 Fevral 2021 12:09 (UTC +04:00)
Radiolarda monitorinqlər keçiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşəbbüsü ilə Radio yayım şirkətlərinin rəhbərləri və tanınmış aparıcılarla onlayn görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Monitorinq Mərkəzi ilə radiolar arasında əməkdaşlığın və fikir mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb.

Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva ədəbi dil normalarının qorunması məqsədi ilə radiolarda keçiriləcək monitorinqlərin qaydaları barədə məlumat verib.

S.Əliyeva bildirib ki, Monitorinq Mərkəzinin əsas məqsədi dilimizin saflığını qorumaq və Azərbaycan dilinin düzgün tətbiqi məsələlərinə nəzarət etməkdir. Odur ki, digər sahələrdə olduğu kimi bu istiqamətdə radiolarla da birgə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

O, monitorinqlərlə yanaşı, radio aparıcılarının nitqinin təkmilləşdirilməsi məqsədilə yaxın zamanlarda təlimlərin keçiriləcəyi barədə məlumat verib. Görüşdə radio rəhbərləri, aparıcılar əməkdaşlıqla bağlı öz fikir və təkliflərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti