...

Məktəblərdə dərslər yenidən dayandırılır? - Rəsmi cavab

Cəmiyyət Materials 17 Fevral 2021 12:22 (UTC +04:00)
Məktəblərdə dərslər yenidən dayandırılır? - Rəsmi cavab

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi məktəblərdə əyani tədrisin iki həftədən sonra dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bu məlumatların yalan olduğunu söyləyib.

Onun sözlərinə görə, hazırda məktəblərdə əyani tədris davam etdirilir. Əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərar verilməyib:

"Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir!

Qeyd edək ki, oktyabrın ortalarında pandemiya ilə əlaqədar ölkədə əyani tədris dayandırılmışdı.

Fevralın 1-dən ölkə üzrə təhsil müəssisələrində ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti