...

Daha bir şəhidimizin övladı dünyaya gəlib (FOTO)

Cəmiyyət Materials 9 Mart 2021 17:26 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Daha bir Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib.

Trend-in məlumatına görə, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı və Dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu dünyaya gəlib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti