...

Ölkədə koronavirusa ən çox yoluxma faizi Bakının payına düşür

Cəmiyyət Materials 19 Mart 2021 16:07 (UTC +04:00)
Ölkədə koronavirusa ən çox yoluxma faizi Bakının payına düşür

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkədə ən çox yoluxma faizi (52,9) Bakının payına düşür.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Bakıdan sonra Abşeron və Sumqayıt, Aran rayonları, Gəncə-Qazax rayonları üzrə yoluxma sayı yüksəkdir.

Y.Qarayeva bildirib ki, Azərbaycanda qadınların arasında yoluxmaya daha çox rast gəlinir: “Bu gün sağalanların sayı əvvəlki yoluxmaların sayı ilə çox əlaqədardır. Ona görə də sağalanların sayının az olması təbiidir: "Son günlərdə yoluxma sayında artım müşahidə edirik. Dekabrın sonlarında sərt karantinə keçildikdən sonra yeni yoluxmaların sayında ciddi azalmalar olmuşdu. Təəssüf ki, artımın olması gözlənilən nəticə idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti