...

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Mart 2021 14:08 (UTC +04:00)

Bakı. Trend:

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Hər evdə bayramın dadı" adlı xeyriyyə aksiyası keçirilib.

Trend xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çoxuşaqlı və aztəminatlı ailələri Novruz bayramı münasibətilə təbrik ediblər. Hər ailəyə Novruz sovqatları və Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri təqdim olunub.

Xeyriyyə aksiyasında RAGB-nin fəalları və könüllüləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti