...

Yaşı 40-dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb - Baş həkimin müavini

Cəmiyyət Materials 22 Mart 2021 12:19 (UTC +04:00)
Yaşı 40-dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb  - Baş həkimin müavini

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına start verilib.

Trend-in məlumatına görə, Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev bildirib. O qeyd edib ki, bu kateqoriyadan olan şəxslərin səhər saatlarından etibarən onlayn növbə tutmaqla və ya birbaşa müraciətlə poliklinikada peyvəndlənməsi aparılır.

Baş həkimin müavini əlavə edib ki, yanvar ayının 18-dən etibarən ölkədə başlanan vaksinasiya prosesi çərçivəsində bu günə kimi poliklinikada 3 mindən artıq şəxsə peyvənd vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti