...

Bu gün 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur - TƏBİB

Cəmiyyət Materials 9 Aprel 2021 12:29 (UTC +04:00)
Bu gün 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur - TƏBİB

Bakı. Asif Mehman - Trend:

Bu gündən etibarən Azərbaycanda jurnalistlərin vaksinasiyasıına başlanlıb.

Trend-in məlumatına görə, jurnalistlərin vaksinasiyası könüllü müraciətlər əsasında Mətbuat Şurasının binasında səyyar briqadalar tərəfindən həyata keçirilir.

TƏBİB rəsmisi Elnarə Baxış bildirib ki, gün ərzində 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur:

"Aprelin 2-dən ibarət olaraq vaksinasiya prosesinə səyyar formada da başlanılıb. Mətbuat Şurasının binasında da səyyar formada vaksinasiya həyata keçirilir. 18 yaşdan yuxarı mətbuat işçiləri müraciət edərək vaksinasiyada iştirak edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti