...

Azərbaycanda vaksinasiyadan keçənlərin SAYI açıqlandı

Cəmiyyət Materials 9 Aprel 2021 16:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 234 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti