...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Cəmiyyət Materials 17 Aprel 2021 16:39 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 711 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti