...

Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2021 08:38 (UTC +04:00)
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti

Xəbər lenti