...

"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı

Cəmiyyət Materials 21 Aprel 2021 15:35 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu vaxta qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb.

Trend-in məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, köçürülən vəsaitin 18 milyon manatı aidiyyəti üzrə xərclənib: "Hazırda müraciətlər üzrə proses davam etdirilir. Həmin vəsaitlər həm dövlət, həm özəl təşkilatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən Fonda köçürülüb".

Qeyd edək ki, "YAŞAT" Fondu Vətən müharibəsində yaralanan qazilərin müalicəsini təmin etmək məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti