...

Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2021 14:53 (UTC +04:00)
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim-pediatrları tərəfindən Ramanı qəsəbəsində yerləşən “Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPİ-də geniş yoxlanışdan (rentgen, usm, qanın ümumi analizi və s.) keçirilib, eyni zamanda uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti