...

Bakı Slavyan Universitetinin müəllim və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 8 May 2021 12:50 (UTC +04:00)
Bakı Slavyan Universitetinin müəllim və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

May ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur.

Bu münasibətlə mayın 8-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə bu ali təhsil müəssisəsinin prorektorları, fakültə dekanları və digər müvafiq struktur bölmələrinin məsul şəxsləri və Tələbə Gənclər Təşkilatının fəal üzvləri Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını ifadə edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti