...

Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib

Cəmiyyət Materials 16 May 2021 16:31 (UTC +04:00)
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 164 nəfərdir.

Ötən müddət ərzində 3 384 053 test aparılıb. Bugünkü test sayı isə 8 374-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti