...

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)

Cəmiyyət Materials 17 May 2021 17:58 (UTC +04:00)
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

18 may tarixindən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Cədvəllərdə dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub.

Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.

Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq.

Yeni cədvəlləri təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti