...

Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər - RƏSMİ

Cəmiyyət Materials 20 May 2021 11:38 (UTC +04:00)
Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər - RƏSMİ

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.

Trend-in məlumatına görə, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, bu və digər məsələlərlə bağlı rəsmi açıqlamaları gözləmək lazımdır: “Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, istərsə də insanların kütləvi toplaşmasına səbəb olan digər mərasimlərimiz, hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır və ictimaiyyətə açıqlanacaq”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti