...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 29 May 2021 16:38 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 889 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 208 074, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 313 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 894 710 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti