...

Zəfər yolunun tikintisi ilə bağlı vəziyyət açıqlanıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2021 13:08 (UTC +04:00)
Zəfər yolunun tikintisi ilə bağlı vəziyyət açıqlanıb (FOTO)

Füzuli. Elçin Mehdiyev - Trend:

Əhmədbəyli-Füzuli-Şuşa yolunun, Zəfər yolunun 101,5 km-lik hissəsində işlərin 75-80 faizi demək olar ki, artıq görülüb.

Trend-in məlumatına görə, bunu Avtomobil Yolları Dövlət Agentliyinin Yerli və regional əhəmiyyətli yollar şöbəsinin rəisi İlham Süleymanov deyib.

O bildirib ki, torpaq işləri yolun 51 kilometrliyində tam yekunlaşıb, yol konstruksiyasının inşasına başlanılır: “Yolun üzərində 4 körpü var. 4 körpünün üçündə işlərin 70 faizi yerinə yetirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti