Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 076 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 302 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 915 954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 908 805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 007 149 təşkil edir.