Bakı. Trend:
Bu gün vatsap, instaqram kimi beynəlxalq platformalara daxil olmada problem yaranmışdı.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyıb. Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar.
Artıq problem aradan qalxıb.