...

Türkiyədə koronavirusdan sağalanların sayı 5,25 milyonu ötüb

Cəmiyyət Materials 25 İyun 2021 02:41 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 5,25 milyonu ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 59 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 417 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 5 703 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 393 248 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 846 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 254 708 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti