...

Hindistan ştammının Azərbaycana gəlmə ehtimalı yüksəkdir - TƏBİB

Cəmiyyət Materials 25 İyun 2021 16:31 (UTC +04:00)
Hindistan ştammının Azərbaycana gəlmə ehtimalı yüksəkdir - TƏBİB

Bakı. Trend:

Hindistan ştammının Azərbaycana gəlmə ehtimalı yüksəkdir.

Trend-in məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, bu ştamm dünyanın 90-dan çox ölkəsində qeydə alınıb. Türkiyənin 16 vilayətində koronavirusun Hindistan ştammı aşkarlanıb: “Hazırda bizdə koronavirusa yoluxma sayı azdır. Azərbaycanda bu ştamma yoluxuma olmayıb. Bu ştammın ölkəyə gəlmə ehtimalı da yüksəkdir. Çünki Azərbaycan digər ölkələrdən izolə olunmuş vəziyyətdə deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti