...

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 29 İyun 2021 12:29 (UTC +04:00)
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə onlayn tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirə təşkilatçılardan olan Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin idarə heyətinin sədri Ceyran Səttarova aparıcılıq edib. Tədbir şəhidlərin bir dəqiqəlik sükutla anılması və Türkiyə, Azərbaycan Dövlət Himnlərinin oxunması ilə başlanılıb.

Tədbirdə açılış nitqini TADEF sədr müavini Mülazım Paşa edib. Tədbir proqrama qatılan qonaqların təbrik çıxışları, azərbaycanlı müğənnilərin və kiçik vətənsevərlərin ifaları ilə davam edib. Tədbirdə Hərb Tarixi Muzeyinə onlayn ekskursiya edilib və muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə muzey haqqında məlumat verib.

AMEA-nınTarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı Azərbaycan Silahlı Qüvvələrinin tarixi haqqında danışıb. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova əsgər və zabitlərimizi bu gün münasibəti ilə təbrik edib. Almaniyanın Nyünberq şəhərindən qoşulan Türk-İslam muzeyinin yaradıcısı və müdiri Cəmaləddin Özdəmir çıxış edərək təbriklərə qoşulub.

Tarix institutunun Azərbaycanın Yeni Tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov 44 günlük Vətən müharibəsindən və Azərbaycan Ordusunun uğurlu inkişafından danışıb. Türkiyənin Bursa şəhərindən diaspor təmsilçisi G.İ.M.AZ.DER. başkanı Hüseyn Vəliyev, Antalya İrak Türkmən Birliyi və Dayanışma Dərnəyi başkanı Kürşat Çavuşoğlu, azərbaycanlı jurnalist Nigar Ögeday, Gəncə şəhər MKS-nin direktor müavini Fəridə Qədimova da təbrik çıxışları ediblər. Azərbaycanın əməkdar artistləri Sevinc Sarıyeva, Şahin İsmayılov, Firuz Səxavət, şairə Leyla Mətin və kiçik vətənsevərlər Kamal Dadaşov, Cəmilə Heydərova, Uğur Məcidlinin gözəl ifaları tədbirə rəng qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti