...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və gələcək planları müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 5 İyul 2021 19:08 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və gələcək planları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub. Mərkəzin Baş katibi Rövşən Muradov, Baş Katibin müavini İlahə İbrahimli və təşkilatın əməkdaşları ilə görüşdə qurumun ötən dövrdəki fəaliyyəti və gələcək planları müzakirə edilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə bildirilib ki, Mərkəzin Bosniya və Herseqovinada təşkil etdiyi "Qərbi Balkanda vəziyyətin qiymətləndirilməsi: irəliyə yol" adlı ilk post Covid-19 pandemiyası konfransının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Mərkəzin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal fəaliyyətlərə töhfə verməkdir. Bununla yanaşı, Azərbaycanın görkəmli mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması və təbliği təşkilatın əsas hədəfləri sırasındadır.

Görüşdə mərkəzin Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində Heydər Əliyev Fondu ilə əməkdaşlığın mümkün istiqmətləri haqqında təkliflər səsləndirilib. Bu sahədə atılacaq birgə addımların əhmiyyəti vurğulanıb.

Azərbaycana beynəlxalq aləmdə çoxsaylı dostlar qazandıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ölkəmiz üçün faydalı işlər gördüyü qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti