...

Direktor müavini vəzifəsinə qəbul üçün keçirilən test imtahanının nəticələri bəlli olub

Cəmiyyət Materials 7 İyul 2021 17:25 (UTC +04:00)
Direktor müavini vəzifəsinə qəbul üçün keçirilən test imtahanının nəticələri bəlli olub

Bakı. Elçin Mehdiyev - Trend:

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, BŞTİ tərəfindən keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin “Şəxsi kabinet”inə göndərilib.

Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.

Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti