...

Azərbaycanda bu radioların yayımı üç saat dayandırılacaq

Cəmiyyət Materials 12 İyul 2021 15:02 (UTC +04:00)
Azərbaycanda bu radioların yayımı üç saat dayandırılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

"Araz" və "Space" radiokanallarının yayımı 3 saat dayandırılacaq.

Trend-in məlumatına görə, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının bu gün keçirilən onlayn formatda iclasında verilib.

İclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümumölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

Qeyd edilib ki, 30 iyun 2021-ci il tarixdə "Araz" radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulmuşdur. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Araz" radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 1 iyul 2021-ci il tarixdə "Space" radiokanalının efirində saat 08.00 – 09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulmuşdur. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" radio kanalının efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti