...

Azərbaycanda 251 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 20 İyul 2021 20:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus infeksiyasına daha 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən omayıb.

İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 214 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, ötən müddət ərzində isə ümumilikdə 3 929 320 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti