...

Şabranda restoran sahibi cərimələnib

Cəmiyyət Materials 22 İyul 2021 09:24 (UTC +04:00)
Şabranda restoran sahibi cərimələnib

Bakı. Trend:

Şabranda restoran sahibi cərimələnib.

Trend xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Yaşıl tac” şadlıq sarayında karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan 190 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsi müəyyən edilib.

Obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan şadlıq evində qanunvericiliyin tələblərinə müvafiq olaraq obyektin sahibi Bəybala Allahyarov barəsində inzibati protokol tərtib edib və baxılması üçün Məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti