Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 343 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 926 nəfər müalicə olunaraq sağalıb, 5 023 nəfər vəfat edib, aktiv xəstə sayı 5 900 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, ötən müddət ərzində isə ümumilikdə 4 034 340 test aparılıb.