...

Valideynlərin nəzərinə: Şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılıb

Cəmiyyət Materials 9 Avqust 2021 11:27 (UTC +04:00)
Valideynlərin nəzərinə: Şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılıb

Bakı. Elçin Mehdiyev - Trend:

9 avqust saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti