...

Bakıda yollarda yaranan sıxlığın səbəbləri açıqlandı

Cəmiyyət Materials 18 Avqust 2021 09:45 (UTC +04:00)
Bakıda yollarda yaranan sıxlığın səbəbləri açıqlandı

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri ərazisində sıxlıq yaranan yolların siyahısı açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq,Avtovağzal metro stansiyasının yaxınlığına qədər,20 Yanvar dairəsi istiqamətində), Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,DİN Hospitalın qarşısına qədər olan hissə,20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Sıxlığa səbəb nəqliyyat vasitələrinin çoxluğudur.

Həmçinin səhər saatlarında Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Heydər Əliyev prospekti – Köməkçi yol- (Koroğlu metro stansiyasını keçdikdən sonra,Bağırov körpüsü istiqaməti,eyni zamanda Şəhər mərkəzi istiqamətində), Alı Mustafayev küçəsi - Köməkçi yolda - Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki, nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir. Səbəb olaraq,yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti