...

Yoluxma sayındakı artım məhz "Delta" ştammı ilə əlaqədardır - Yaqut Qarayeva

Cəmiyyət Materials 20 Avqust 2021 11:53 (UTC +04:00)
Yoluxma sayındakı artım məhz "Delta" ştammı ilə əlaqədardır - Yaqut Qarayeva

Bakı. Çingiz Səfərli - Trend:

Koronavirusa yoluxmaların artması məhz "Delta" ştammının yayılması ilə əlaqədardır.

Trend xəbər verirki, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, "Delta" ştammının müalicəsi digərlərindən fərqli olmadığı üçün xəstələrin "Alfa", "Betta" və ya "Delta" ilə yoluxduğunu müəyyənləşdirməyin heç bir kliniki əhəmiyyəti yoxdur:

"Amma elmi və epidemioloji olaraq hazırda Azərbaycanda yayılan ştamm əsasən "Delta" ştammıdır. Məhz bu səbəbdən yoluxmalar bu qədər kəskin artıb".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti