...

Ötən gün Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub

Cəmiyyət Materials 24 Avqust 2021 10:45 (UTC +04:00)
Ötən gün Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub

Bakı. Çingiz Səfərli -Trend:

Avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Trend xəbər verir ki, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək olub. Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.

Avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti