...

Qoxu və dadbilmənin itməsi koronavirusun ciddiyyətini göstərən simptomlar deyil - Həkim

Cəmiyyət Materials 1 Sentyabr 2021 20:13 (UTC +04:00)

Bakı. Çingiz Səfərli -Trend:

Qoxu və dadbilmənin itməsi koronavirus xəstəliyinin ciddiyyətini göstərən simptomlar deyil.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, bəzi koronavirus xəstələrində xəstəlikdən sonra əzələ-sinir ağrıları qala, bəzilərində qoxu, dadbilmə reseptorları zədələnə bilər. Xəstələr bu səbəbdən qorxuya düşməməlidirlər:

"Aparılan araşdırmalara görə, 6 ay ərzində qoxu və dadbilməsi itən xəstələr olur, amma zamanla formalaşır. Bunun üçün mütəmadi dərman qəbul etmək lazım deyil. Qoxu və dadbilmənin itməsi intensiv olaraq müalicə almağı tələb edən bir şey deyil. Xəstə var ki, 4 aydır dad və qoxu bilmir, amma mütəmadi COVID müalicəsi alır. Bu, düzgün deyil. Hətta bəzi araşdırmalar zamanı məlum olub ki, dad və qoxubilmə qabiliyyəti ilk gündən itən şəxslər xəstəliyi daha yüngül keçirirlər".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti